Tramp 1

Fransa prezidentliyinə namizəd Rafael Qlük smann ABŞ Prezidenti Donald Trampı Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılaşmaya görə sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qlük smann Trampın ya “faydalı axmaq”, ya da Avropanın gücünü və azadlığını qəsdən zəiflədən bir şəxs olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ-ın son addımlarından sonra Avropa tək qalıb.

R.Qlük Ağ Ev rəhbərini “Kremlin agenti” adlandırıb.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya ilə ABŞ arasında Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı müvəqqəti lisenziya əsasında razılaşma əldə olunub.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki demokratlar bu razılaşmanı Ukraynaya və Avropadakı müttəfiqlərə “xəyanət” adlandırıblar.

Oktyabrın 13-də Tramp bildirib ki, razılaşma ABŞ üçün deyil, dünya bazarında yanacağın qiymətini aşağı salmaq üçün lazımdır.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: