Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder, “SpaceX” şirkətinin qurucusu İlon Maska müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
“İlon Mask, özünü böyük adam hesab edən şəxs, sən yenə də məhsullarından siyasi məqsədlər üçün istifadə edirsən? Avropalı müştərilərin olaraq səni diqqətlə izləyirik”, – deyə Sikorski yazıb.
Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə nazirinin müşaviri Sergey Sternenko oktyabrın 14-nə keçən gecə ölkədə Starlink terminallarının fəaliyyətinin məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən bir sıra mühüm əməliyyatlar baş tutmayıb.
Sternenko ehtimal edib ki, İlon Maskın SpaceX şirkəti bu addımı ABŞ Prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında atıb. O, adi peyk rabitəsi terminallarının hazırda işlədiyini də qeyd edib.
“RBK-Ukrayna” nəşrinin mənbələri isə bildiriblər ki, məhdudiyyətlər Ukrayna ordusunun logistika fəaliyyətini, pilotsuz sistemlərin işini və cəbhə xəttindən 30–200, bəzi hallarda isə 250 kilometr məsafədəki hədəflərə zərbələr endirmək üçün istifadə olunan orta mənzilli dronların tətbiqini xeyli çətinləşdirir.
Günay Rəsulqızı
Globalinfo.az