
ABŞ-lı reper P.Diddi (əsl adı Şon Kombs) cəzaçəkmə müəssisəsində başından xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, reper ikimərtəbəli çarpayıya dəyərək başından zədə alıb.
Hadisədən sonra o, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən xəstəxanaya aparılıb.
Qeyd edək ki, oktyabrın 10-na keçən gecə də başından aldığı xəsarət səbəbindən reper həbsxanadan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Səhərə yaxın isə Şon Kombs yenidən həbsxanaya qaytarılıb.
Məlumata əsasən, həmin vaxt onun huşu özündə olub və sərbəst danışa bilib.
Safura Bənnayeva
Globalinfo.az