6acf162ab603b6acf162ab603c17919565226acf162ab60396acf162ab603a

Türkiyədə “Halk TV” telekanalının sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış keçirilib. Həmçinin kanalın yayımı dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.

İş üzrə 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

“Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında telekanalın ofisində əməliyyat–axtarış tədbirləri həyata keçiriblər. Əməliyyat zamanı şübhəlilərdən 11-i saxlanılıb. Digər dörd nəfərin xaricdə olduğu, birinin isə cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilib. Daha bir şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir”, – deyə bildirilib.

Məlumata görə, telekanalın sahibi Cafer Mahiroğlu barəsində rüşvət, tender prosesinə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə istintaq aparılır.

Baş Prokurorluq tenderlərlə bağlı 14 milyon 464 min lirə məbləğində qeydə alınmamış rüşvət ödənişinin həyata keçirildiyini, bəzi işlər üzrə isə tender məbləğlərini aşan ödənişlərin aparıldığını açıqlayıb.

Həmçinin əldə olunan vəsaitlərin Mahiroğluna və ya onunla əlaqəli olduğu bildirilən şirkətlərə köçürüldüyünün müəyyən edildiyi qeyd olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: