Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bələdiyyə məclisinin aylıq iclası zamanı yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə zamanı tərəflərin bir-birinə su atması, daha sonra isə əlbəyaxa olması kameralara düşüb.
Məlumata görə, mübahisə bələdiyyə məclisinin üzvü Tahir Tarhanla Silopi bələdiyyəsinin sədri Jiyan Ormanlı arasında başlayıb. Sədr müavini Harun Kudayın da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb.
İddialara əsasən, hadisə zamanı Tahir Tarhan Harun Kudayın üzünə su atıb. Kudayın buna cavab verməsindən sonra tərəflər arasında fiziki qarşıdurma yaşanıb.
Görüntülərdə DEM Partiyasından olan bəzi bələdiyyə məclisi üzvlərinin də mübahisəyə qoşulduğu və Kudaya qarşı fiziki müdaxilənin baş verdiyi iddia olunur. Hadisə bələdiyyə məclisinin iclası zamanı qeydə alınıb.