Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21012” markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub. Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.