Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
X X X
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən “Ekopark” yaşayış kompleksində yanğın başlayıb.
Globalinfo.az bildirir ki, bu barədə görüntülər Oxu.Az-a daxil olub.
Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.