sovqiyar abdullayev

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, tank komandiri Şövqiyar Abdullayevin atası Cəmil Abdullayev vəfat edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları bildiriblər.

Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb.

1992-ci ildə Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda gedən döyüşlərdə tank komandiri təyin edilib. Bir sıra döyüşlərdə qəhrəmanlıqlar göstərib.
1992-ci il avqustun 27-də çox ağır döyüşdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şövqiyar Abdullayev 1992-ci il avqustun 29-da Şəhidlər xiyabanında dəfn edilib.

Bakının Nəsimi rayonundakı əsas küçələrdən birinə Milli Qəhrəman Şövqiyar Abdullayevin adı verilib.

Allah rəhmət eləsin.

Paylaş: