Saatlıda ölümlə nəticələnən yol qəzası olub.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
23 yaşlı Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, sonra isə həmin yerdəki “İstirahət parkı”nın ətrafına quraşdırılmış dəmir və beton materialdan olan hasara çırpılıb. Nəticədə sərnişinlər Məmmədova Könül Mirzağa qızı və sürücünün 7 yaşlı bacısı Məmmədova Bahar Möhsüm qızı xəstəxanaya yerləşdiriliblər. Lakin görülən tədbirlərə baxmayaraq, Bahar Məmmədova orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.