zelenski sirski

Almaniya kansleri Fridrix Merzin Kiyevə səfərinin əsas məqsədlərindən biri Avropa diplomatlarının Ukrayna paytaxtını tərk edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Ukraynaya dəstək mesajı vermək olub.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.

Merkurisin sözlərinə görə, Berlin hesab edib ki, Avropa ölkələrinin diplomatik nümayəndəlikləri Kiyevi tərk edərsə, bu, şəhərdə panika və böhran hissini gücləndirə bilər.

Analitik əlavə edib ki, belə bir vəziyyətin Ukrayna rəhbərliyinə də təsir göstərməsi və ölkədəki böhranı daha da dərinləşdirməsi mümkün idi.

“Bura ən ali diplomatlar, hətta prezident Zelenski belə daxildir. Qaçış planında onların da adı var. İstənilən fövqəladə vəziyyətdə bu baş verə bilər”, – o bildirib.

Qeyd edək ki, V.Zelenskinin Ukraynanı tərk edəcəyi halda gedəcəyi əsas ölkələrdən biri Almaniya hesab olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: