London Moskvaya meydan oxudu: Türk dövlətinə elə bir təklif verdilər ki…

Britaniya Qazaxıstana enerji daşıyıcılarının eksportu üçün alternativ marşrutlarının axtarışında köməyini davam etdirmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.

“Mən Qazaxıstan neft və qazının tədarükü ilə bağlı yaranan fasilələri müzakirə etmək imkanına sahib oldum. Həmçinin Britaniyanın Orta Dəhlizin inkişafına hansı köməyi göstərə biləcəyini müzakirə etdim. Biz bundan sonra da rəsmi Astana ilə iqtisadi bazanın müdafiə imkanlarının tədqiqatı və diversifikasiyası üzərində birgə işləməyi davam etdirəcəyik ” – deyə Astanada olan Kleverli deyib.

Qeyd edək ki, Kleverli bu gün Qazaxıstana gəlib. O, Astanada artıq Qazaxıstan lideri Qasım Jomart Tokayevlə görüşüb.

İlkin Həsənov
Globalinfo.az