Moskvadan Gəncəyə uçuş həyata keçirəcək təyyarədə texniki nasazlıq yaranıb.
Globalinfo.az xəbər verir ki, Moskva–Gəncə marşrutu üzrə həyata keçirilməsi planlaşdırılan UT-744 reysli təyyarə bu gün saat 05:45-də Moskva şəhərindən havaya qalxmayıb.
İlkin məlumata görə, uçuşun gecikməsinə səbəb təyyarədə yaranan texniki problem olub. Reyslə Gəncəyə 114 sərnişinin gəlməsi nəzərdə tutulub.
Təyyarənin Gəncədən Moskvaya geri dönüş uçuşunun isə saat 20:20-də həyata keçirilməsi planlaşdırılır.