“Rusiya son 300-400 il ərzində Polşa üçün “ağrı mənbəyi” olub”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Ukraynadakı müvəqqəti işlər vəkili Pyotr Lukaşeviç deyib.
“Ukrayna və Polşa arasında kiçik fikir ayrılıqları ola bilər, amma əsas problemlərin mənbəyinin harada olduğunu bilirik. Biz isə buna cavab verməkdən həqiqətən də çəkinmirik”, – deyə Lukaşeviç bildirib.
O iddia edib ki, sosioloji sorğular və araşdırmalar polşalıların Moskvanı rəqib hesab etdiyini göstərir.
Bundan əvvəl Ukraynanın Varşavadakı səfiri Vasili Bodnar bildirmişdi ki, Polşanın Rusiyadan başqa düşməni yoxdur.
Diplomatın sözlərinə görə, bunu həm siyasi qüvvələr, həm də Polşanın tarixi yaxşı anlayır.
Əliyar Xəlil
Globalinfo.az