rus ukrayna ordu 11 900x600 2

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatının komandası Rusiya ilə uzunmüddətli münaqişə üçün plan hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” iki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Planın artıq bir neçə həftədir Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında nəzərdən keçirildiyi bildirilir.

Nəşrin məlumatına görə, sənəddə strateji məsələlərlə yanaşı, Kiyevin müdafiə yanaşmasına da toxunulub.

Korpus rəhbərlərindən biri nəşrə deyib: “Bizə 30 illik böyük strategiya lazımdır ki, komandirlər olaraq hara getməli olduğumuzu anlayaq”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: