Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRIPP nəqliyyat dəhlizinin inkişafının ölkənin mövcud tranzit marşrutları üçün ciddi təhlükə yaratmayacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Georgia24” məlumat yayıb. Kobaxidzenin sözlərinə görə, bu yanaşma Anakliya dərin su limanı da daxil olmaqla, Gürcüstanın milli infrastruktur layihələrinə də aiddir.
Baş nazir qeyd edib ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2020-ci ildən etibarən təxminən yeddi dəfə artıb. O bildirib ki, artan yük axını regionda imkanların genişləndirilməsini və alternativ marşrutların inkişafını zəruri edir.
Kobaxidze vurğulayıb ki, Tbilisi yeni marşrutları mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan imkanlar kimi qiymətləndirir.
Tahir Turan
Globalinfo.az