esger 0

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan Azərbaycan əsgəri ilə bağlı həbs prosesinin başladıldığını açıqlayıb:

“Məhkəməyə Azərbaycan Respublikasının vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində cinayət işi çərçivəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatət təqdim edilib”.

***11:56

Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi – dövlət sərhədini qanunsuz keçmə və 340-cı maddəsinin 1-ci hissəsi – odlu silah qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.

Paylaş: