sibiqa

“Ukrayna Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəslə bağlı dörd təklif alıb”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

“Bizim dörd təklifimiz var. Ən genişmiqyaslı təklif Hindistandan gəlib. Biz enerji sahəsində və Qara dənizdə atəşkəsə hazırıq, lakin yalnız bu iki istiqamətin birlikdə olması şərtilə: enerji və Qara dəniz üzrə atəşkəs. Bu, liman infrastrukturu da daxil olmaqla, bütün enerji obyektlərinə zərbələrin tam dayandırılmasını nəzərdə tutur”, – Sibiqa bildirib.

Onun sözlərinə görə, Türkiyə və Misir də analoji təkliflərlə çıxış edib.

ABŞ isə Moskva və Kiyevin enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı razılığa gəlməsini istəyir.

Sibiqa bildirib ki, Ukrayna cəbhə xətti üzrə atəşkəs də daxil olmaqla, müxtəlif atəşkəs variantlarına hazırdır.

Onun sözlərinə görə, belə bir atəşkəs Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünün nəticəsi ola bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: