Baydendən Avropa liderləri haqda ETİRAF

“Avropa liderləri Trampın NATO ilə bağlı açıqlamalarından bərk qorxublar”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

O bildirib ki, Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə NATO-ya töhfə verməyən dövlətləri müdafiə etməyəcəyini açıqlayıb:

“ABŞ prezidentliyinə namizəd olan Trampın Vladimir Putini Şərqi Avropa ölkələrini işğal etməyə səsləməsi çox qəribədir. Bu, bizim maraqlarımıza tamamilə ziddir. Yeri gəlmişkən, mən bütün xarici liderləri çoxdan və yaxşı tanıyıram. Onlar Trampın bu açıqlamasından qorxuya düşüblər”, – Bayden vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az