Müdafiə naziri İsrael Katz Qəzza zolağından kənarda yaşayan HƏMAS rəhbərliyinin də İsrail üçün “qanuni hədəf” olaraq qaldığını bildirib.
Globalinfo.az xəbər verir ki, nazirin sözlərinə görə, İsrail ordusu sentyabrın 29-na keçən gecə HƏMAS-ın şimal briqadasının komandiri İzzəddin Bikə qarşı əməliyyat keçirib.
Katz bildirib ki, İsrail HƏMAS liderlərinə qarşı əməliyyatları davam etdirəcək. Məqsəd təşkilatın İsrail hərbçilərinə qarşı hücumlarını zəiflətmək, HƏMAS-ı silahsız qoymaq və 7 oktyabr hücumlarına görə məsul şəxsləri məsuliyyətə cəlb etməkdir.
“Xaricdəki HƏMAS liderləri də hədəfdədir. 7 oktyabr qətliamında əsas rol oynayan şəxslərin heç birinə sakit şəkildə yatağında ölməyə imkan verilməməlidir”, – Katz deyib.
Nazir İsrailin HƏMAS-ın 7 oktyabr hücumunda iştirak edən şəxslərini təqib edəcəklərini vurğulayıb.
Katz ötən il Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən İsrail zərbəsini də xatırladıb. Onun sözlərinə görə, həmin əməliyyat zamanı təşkilatın liderləri texniki səbəblərdən sağ qalıblar.
Əliyar Xəlil