tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Çinə Amerika istehsalı silah və hərbi texnika satması ideyasını mümkün variant kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə,  ABŞ Çinlə belə bir satış məsələsini hələ müzakirə etməyib.

Bundan əvvəl ABŞ-n Çindəki səfiri Devid Perdyu açıqlamasında Trampın Çin Prezidenti Si Cinpindən gələcəkdə ABŞ istehsalı silah almaq istəyib-istəmədiyini soruşduğunu demişdi.

Bu açıqlama ilə bağlı suala cavab verən Tramp belə bir söhbəti əvvəllər eşitmədiyini bildirib. O, eyni zamanda ABŞ-ın hərbi texnologiya və avadanlıq istehsalında Çinlə müqayisədə üstün olduğunu qeyd edərək, Pekinə Amerika silahlarının satışının “pis fikir olmaya biləcəyini” deyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: