Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
“Report”un məlumatına görə, Gəndov-Yalama avtomobil yolunun rayondan keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri; 1997-ci il təvəllüdlü S.İsmayılov, 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri; 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü, İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü, R.Məmmədova müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.


