Ankara meri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrıldıqdan sonra seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Globalinfo.az-ın xəbərinə görə, Yavaş bildirib ki, seçkilərlə bağlı danışmaq hələ tezdir.
“Qoy seçkilərin tarixi açıqlansın, onda danışarıq. Hələ seçki tarixi bəlli deyil, ortada heç nə yoxdur. Mən Ankara meriyəm və öz işimi görürəm”, – deyə Yavaş bildirib.
Qeyd edək ki, siyasətçi daha əvvəl sosial şəbəkə hesabında CHP-dən ayrıldığını açıqlayıb. Yavaş fəaliyyətini müstəqil namizəd kimi davam etdirəcəyini bildirib.
Əliyar Xəlil