naz

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsində yaradılması planlaşdırılan ABŞ hərbi bazasına “Fort Tramp” adının verilməsinə qarşı çıxıb.

Globalinfo.az xəbər verir ki, o, belə bir adın Polşanı alçaldacağını bildirib.

Nazirin sözlərinə görə, Polşa hökuməti və prezident ölkədə ABŞ-ın ikinci daimi hərbi bazasının yaradılması üzərində çalışır.

Lakin bazanın Donald Trampın adını daşıması gələcəkdə problem yarada bilər.

“Bilirəm ki, ABŞ-da belə bir yanaşma qəbul olunub, amma bu, hörmət nümayiş etdirmir. Bundan əlavə, bu, risklidir”, – deyə Sikorski bildirib.

Nazir qeyd edib ki, bazanın açılışı yalnız bir neçə ildən sonra gözlənilir və layihənin maliyyələşdirilməsi ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

O bildirib ki, gələcəkdə Konqresdə demokratlar çoxluq təşkil edərsə, bazanın Trampın adını daşıması layihəyə münasibətə təsir göstərə bilər.

Sikorski bazaya daha az mübahisə doğuracaq tarixi şəxslərin adının verilməsini təklif edib.

Qeyd edək ki, Polşa Prezidenti Karol Navroçki daha əvvəl “Bloomberg”ə müsahibəsində yeni ABŞ hərbi bazasının “Fort Tramp” adlandırılacağını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: