1015545 src

Qərb ölkələri Rusiyada keçirilən seçkilərdə səsverməni pozmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vesti” telekanalının efirində bildirib.

Rusiya mediasının yaydığı məlumata görə, Zaxarova seçkilərin Qərb ölkələri və NATO tərəfindən aparılan “hibrid müharibənin” bir hissəsinə çevrildiyini iddia edib.

“Onlar səsverməni pozmağa, vətəndaşlarımızın normal iradəsini ifadə etməsinə imkan verməməyə çalışırlar”, – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti Qərb ölkələrinin insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı açıqladığı prinsiplərə əməl edəcəyinə ümid bəsləmir.

Zaxarova Rusiya vətəndaşlarını seçki məntəqələrinə gedərək səs verməyə çağırıb. O, həmçinin rusiyalı diplomatların xaricdəki seçki məntəqələrinin fəaliyyətini təmin etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Rusiyada seçkilər sentyabrın 18-dən 20-dək keçirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: