2024 11 08T080609Z 1775704017 RC2V0BA7Q44W RTRMADP 3 GERMANY POLITICS MERZ pic 32ratio 900x600 900x600 31318

RusiyaUkrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş baş tutmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

“Zelenski ilə Putin arasında heç bir görüş olmayacaq,” – deyə Merz qeyd edib.

Bildirilib ki, Putinin Zelenski ilə görüşmək ehtimalı azdır, çünki bu, sonuncuya siyasi legitimlik verəcək, həm də Kremlin ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqə strategiyasına təsir göstərəcək.

Xatırladaq ki, Donald Tramp Putinlə Zelenski arasında potensial görüşün nəticəsiz ola biləcəyini deyib. O, iki liderin yaxşı anlaşa bilmədiklərini etiraf edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: