Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı siyasi vəziyyətlə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Putin Ukraynadakı mövcud hakimiyyətin “diktaturaya çevrildiyini” iddia edib. O, ölkənin müharibənin davam etdirilməsində maraqlı olan azsaylı şəxslər tərəfindən idarə olunduğunu bildirib.
“Ukraynadakı bugünkü rejim özü çoxdan diktaturaya çevrildiyi halda, demokratiyanı necə müdafiə edə bilər? Bildiyimiz kimi, Ukraynada seçkilər keçirilmir”, – deyə Putin Hərbi-Sənaye Komissiyasının iclasında bildirib.
Putin Avropa liderlərinin Ukraynanı “Avropa dəyərlərinin, sivilizasiyasının və demokratiyasının müdafiəçisi” kimi təqdim etməsini də tənqid edib.
“Tamamilə korrupsiyalaşmış bir rejim həqiqətən də Avropada demokratiyanın əsas müdafiəçisidirmi? Qəribə səslənir”, – deyə Rusiya prezidenti əlavə edib.
Tahir Turan
Globalinfo.az