1745393382 pezeskian

İranda yanacaq və enerji çatışmazlığı fonunda dövlət qurumlarında bəzi əməkdaşların distant iş rejiminə keçirilməsi tapşırılıb.

Globalinfo.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian enerji sərfiyyatının azaldılması məqsədilə icra hakimiyyəti orqanlarına evdən işləmək imkanı olan əməkdaşlar üçün distant iş rejimindən mümkün qədər istifadə etməyi tapşırıb.

Hökumətin sərəncamında dövlət qurumlarının bu imkanlardan yararlanaraq enerji istehlakını azaltmalı olduğu qeyd edilib.

Qərarın İranda enerji təminatı ilə bağlı problemlərin davam etdiyi bir vaxtda qəbul edildiyi bildirilir. Son illərdə enerji çatışmazlığı səbəbindən ölkədə məktəblərin, dövlət müəssisələrinin və bəzi sənaye obyektlərinin fəaliyyətinin məhdudlaşdırıldığı hallar qeydə alınıb.

Ekspertlər isə qarşıdakı soyuq aylarda qaz və yanacaq çatışmazlığının daha da kəskinləşə biləcəyi barədə xəbərdarlıq edirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: