6aad18482c1d26aad18482c1d317897288406aad18482c1d06aad18482c1d1

Yevlaxda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda olub.

Belə ki, çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

WhatsApp Image 2026 09 18 at 17.57.52 WhatsApp Image 2026 09 18 at 17.57.52 1

Paylaş: