Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybinin işi üzrə təkrar məhkəmə araşdırmasının başlanacağı tarix müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın “Plejada” portalı məlumat yayıb.
Oslo Apellyasiya Məhkəməsinin qərarına əsasən, prosesə 9 fevral 2027-ci ildə start veriləcək. Məhkəmə iclaslarının ümumilikdə 16 gün davam edəcəyi bildirilir.
29 yaşlı Höybi iki zorlama epizodu, həmçinin keçmiş sevgilisi Nora Hauklanda qarşı qəddar davranışda ittiham olunur.
Məlumata görə, iş üzrə istintaq mərhələsində yeni dəyişiklik olmadığı təqdirdə məhkəmənin yekun qərarını 2027-ci il martın 5-də elan etməsi gözlənilir.
Höybinin işi üzrə məhkəmə araşdırması qismən yenidən keçiriləcək. Hakimlər onun etiraz etdiyi ittihamları nəzərdən keçirəcək, eyni zamanda əvvəlki məhkəmə hökmünü və zərərçəkmiş şəxslərin ifadələrini yenidən qiymətləndirəcəklər.
Safura Bənnayeva
Globalinfo.az