“Rəsmi Kiyevə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışığı barədə öncədən məlumat verilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy deyib.
O, Ukraynanın sözügedən zənglə bağlı xəbərdar edilməsi haqda məlumatın yalan olduğunu bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” bundan öncə Donald Trampla Vladimir Putin arasında telefon danışığı olduğu barədə məlumat yaymışdı. Trampın Putini Ukraynadakı vəziyyəti gərginləşdirməməyə və müharibəni tezliklə həll etməyə çağırdığı iddia edilir. Qəzet zəng barədə Ukraynanın əvvəlcədən xəbərdar edildiyini yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az