makron 1 900x634 1

Fransanın Paris Apellyasiya Məhkəməsi Prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı mübahisəli iddialar yayan jurnalist və bloqer Nataşa Rey barədə qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rey Bricit Makronun cinsiyyəti ilə bağlı iddialar səsləndirdikdən sonra məhkəmə prosesinə cəlb olunmuşdu.

Jurnalistin vəkili Fransua Danqlean “X” platformasında paylaşdığı açıqlamada Reyin Bricit Makron və onun qardaşı Jean-Michel Trogneux tərəfindən irəli sürülən böhtan iddiası üzrə apellyasiya instansiyasında qalib gəldiyini bildirib.

Qeyd edək ki, Nataşa Rey 2021-ci ildə “YouTube”da yayımladığı videoda Bricit Makronun kişi kimi doğulduğunu və əsl adının Jean-Michel Trogneux olduğunu iddia etmişdi. O, həmçinin Fransa prezidentinin həyat yoldaşının sonradan cinsiyyətini dəyişdirdiyini irəli sürmüşdü.

İddialar geniş rezonans doğurmuş və məhkəmə müstəvisinə daşınmışdı. 2024-cü ildə Paris məhkəməsi Nataşa Rey və onun çıxış etdiyi “YouTube” kanalının sahibi Delphine Jégousse barədə 13,5 min avro məbləğində cərimə qərarı vermişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: