usakov

ABŞ Rusiyanın mövqeyini daha yaxşı anlamağa başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri Vladimir Putinlə saatlarla davam edən görüşdən sonra Moskvanın mövqeyini daha yaxşı başa düşməyə başlayıblar.

Kremlin sözçüsü Dmitri Peskov da Ukrayna ilə bağlı yaxın perspektivdə görüşün keçirilməsinə ümid etdiklərini deyib.

Onun sözlərinə görə, görüş Moskva, Vaşinqton və Kiyevin iştirakı ilə üçtərəfli formatda keçirilə bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: