s%C9%99firlik

Sloveniyanın paytaxtı Lyublyanada minlərlə insan İsrailin ölkədə ilk səfirliyinin açılmasına etiraz olaraq küçələrə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Fələstin bayraqları ilə şəhər mərkəzində yürüş edən nümayişçilər “Fələstinə azadlıq!” və “Soyqırım səfirliyinə yox!” şüarları səsləndiriblər.

Etirazçılar İsrailin yeni səfirliyinin bağlanmasını, həmçinin bu ölkə ilə diplomatik, iqtisadi və akademik əlaqələrin kəsilməsini tələb ediblər.

Səfirliyin açılması Lyublyananın xarici siyasət kursunda dəyişikliklərin göstəricilərindən biri kimi qiymətləndirilir. Qeyd edək ki, əvvəlki hökumət Fələstini tanıyaraq İsrailə qarşı bir sıra məhdudiyyətlər tətbiq etmişdi. Lakin ölkənin yeni rəhbərliyi bu qərarları ləğv edərək ikitərəfli münasibətlərin bərpasına başlayıb.

Xatırladaq ki, bir gün əvvəl İsrail Sloveniyada ilk səfirliyini açıb. Açılış mərasimində İsrailin xarici işlər naziri Gideon Saar da iştirak edib.


Əliyar Xəlil

Globalinfo.az

Paylaş: