
Oyunun ikinci hissəsində üstünlük yenidən rəqib komandasında olub.
Globalinfo.az xəbər verir ki, 68-ci dəqiqədə Lisandro Martinez İngiltərə təmsilçisinə dördüncü qolu qazandırıb.
***00:02
“Sabah” – “Mançester Yunayted” qarşılaşması davam edir.
***23:47
Oyunda birinci hissə başa çatıb.
***23:45
“Mançester Yunayted” 3 dəqiqə sonra hesabına 3-cü qolu yazdıra bilib.
Globalinfo.az xəbər verir ki, 45-ci dəqiqədə Şeşko komandasının 3-cü qoluna imza atıb.
***23:42
“Mançester Yunayted” komandamızın qapısından ikinci qolu keçirib.
Globalinfo.az xəbər verir ki, bu dəfə qolun müəllifi 42-ci dəqiqədə Bruno Fernandeş olub.
***23:29
“Sabah” və “Maçester Yunayted” qarşılaşmasında oyunun ilk qoluna ev sahibləri imza atıb.
Globalinfo.az xəbər verir ki, Mateus Kunya 27-ci dəqiqədə “Sabah“ın qapısından qol keçirib.
***23:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyun keçirilir.
Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” ilk oyununa çıxıb.
“Sabah“ın ilk rəqibi İngiltərənin “Mançester Yunayted” klubudur.
Qarşılaşma “Old Trafford” stadionunda keçirilir.
Qeyd edək ki, bu, iki klub arasında tarixdə ilk qarşılaşmadır. “Sabah” isə tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparır.