artur danielyan 1

“Rusiyada yaşayan general-leytenant Norat Ter-Qriqoryantsın Ermənistan vətəndaşlığından imtina etməsi diqqət çəkir”.

Globalinfo.az xəbər verir ki, bunu “Adekvad” birliyinin təsisçisi Artur Danielyan Feysbuk səhifəsində yazıb.

O, həmin generalın və Rusiyadan gələn digər zabitlərin Birinci Qarabağ müharibəsindəki rolundan danışıb:

General Ter-Qriqoryant, Kristapor İvanyan, Arkadi Ter-Tadevosyan, Yuri Xaçturov və daha bir neçə sovet zabiti 1992-ci ildə Ermənistana gəldilər. Həmin vaxt erməni xalqı bütün cəbhələrdə uğursuzluğa düçar olmuşdu.

Onlar könüllü dəstələrini ləğv etdilər və ordunun əsasını qoydular. Nəticədə biz 30 il başımızı dik tutan qələbələr qazandıq. Sonradan onların əldə etdiyi nailiyyətlərlə başqaları öyünməyə başladı”.

Danielyan vurğulayıb ki, həmin zabitlər qələbədən sonra geri çəkildilər, erməni xalqının onların gördüyü işi israf etməsinə, yeyib-dağıtmasına, talamasına və özlərini də inkar etməsinə imkan verdilər.

Qeyd edək ki, Danielyanın bu etirafı Birinci Qarabağ müharibəsində Rusiyanın hansı səviyyədə iştirakının növbəti nümunəsi hesab edilə bilər. Belə ki, məhz sovet generallarının Rusiyadan Ermənistana gəlməsindən sonra Ermənistan ordusunun kəşfiyyat imkanları, taktiki hazırlığı və hərbi texnika ilə təminatı yaxşılaşdırıldı. Nəticədə Azərbaycan Ordusunun Qarabağda uğurlu irəliləyişinin qarşısı alındı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: