f6d40098039007dd9c12e4a0d34428a1

Livanın nəqliyyat naziri Fayiz Rəsamninin açıqlaması müzakirələrə səbəb olub. Rəsamni bildirib ki, ABŞ ilə İran arasında Hörmüz boğazında yaşanan gərginliyin və bunun dünya ticarətinə təsirlərinin davam etdiyi vaxtda Livan limanlarının əhəmiyyəti artır.

Nazirin sözlərinə görə, bu limanların inkişaf etdirilməsi, onların Türkiyə, Suriya və Körfəzin regional nəqliyyat şəbəkələrinə birləşdirilməsi Livanın ticarət rolunu artıracaq fürsətdir. Livanlı nazir limanları inkişaf etdirməklə yanaşı, Bəsrə körfəzi, İraq və Türkiyəyə qədər uzanan regional şəbəkəyə çıxış əldə etmək məqsədilə Suriya ilə dəmir yolu üzərində çalışdıqlarını da açıqlayıb.

Rəsamni qeyd edib ki, Türkiyənin Avropa, Körfəz və Suriyaya yaxınlığı və inkişaf etmiş dəmir yolu şəbəkəsinin olması səbəbindən çox böyük rolu var. O, Türkiyədən dəvət aldığını, layihəni və digər məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya gedəcəyini bəyan edib.

Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, Türkiyədə xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın iqtidarı dönəminin ən böyük uğuru Ankaranın hab rolunu oynamasıdır:

“Yəni Türkiyə müxtəlif enerji layihələrinin öz ərazisindən keçməsinə nail oldu. Misal üçün indidə Qətər qazının Türkiyədən keçməsi çox mühüm layihədir. Livanın təklif etdiyi layihə də, əslində, çox vacibdir.

EvQLckZXMAMNKuB.jpg large
Əhəd Məmmədli

Türkiyəni bu gün hansısa enerji layihəsindən kənarda görmək mümkün deyil. Bu, onun həm geosiyasi mövqeyi, həm də siyasi çəkisi ilə bağlıdır. Bunun nəticəsidir ki, Ankara illərdir uğurla prosesi icra edir. Onu da deyim ki, bunlar heç də asan proses deyil. Amma illər ərzində həyata keçirilə bilər. Türkiyə özü də bunda maraqlıdır. Çünki sözügedən layihələr Ankaraya həm də böyük gəlir gətirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: