422f1506 5792 47b1 a87b 752a043d24d0

Astanada səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycanın turizm, o cümlədən sağlamlıq turizmi sahəsində imkanları barədə ətraflı məlumat verilib.

Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrinə həmçinin AHİK-in sağlamlıq mərkəzləri, burada müalicə və istirahət üçün yaradılmış əlverişli şərait, müasir tibbi avadanlıqlar, tibbi xidmətlər və təbii müalicə üsulları haqqında təqdimat keçirilib.

İştirakçılar AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzi, yollayışların elektron təqdimatı və “e-ahik” Elektron Rezervasiya platforması barədə də məlumatlandırılıb.

Bununla yanaşı, görüşdə Azərbaycanın turizm, eləcə də sağlamlıq turizmi potensialını və AHİK-in sağlamlıq mərkəzlərinin fəaliyyətini əks etdirən videomateriallar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Görüş zamanı ölkəmizin turizm imkanlarının Qazaxıstanda daha geniş tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

d7cbdca9 17ee 4342 82ab a43ce46525e1 d5b6902c 9ff2 4496 a987 a7fa05679777 a62c5f34 f935 4719 84e4 843915c8690e 1786090292048eedae 6ed1 436a b1f1 2536d6a5925d 05946b1a 6651 42e1 aa19 21cd099eadaf 87dee04d a106 43e7 ac74 09644a7f7ed5 11 2 1ac49002 1587 4422 8fe7 ab4997ec66ef

Paylaş: