resize 7

İsrailSuriya arasında təhlükəsizlik sazişi ilə bağlı aparılan danışıqlarda razılıq əldə olunmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vala” nəşri məlumat yayıb.

Bildirilir ki, danışıqların nəticəsiz qalmasına əsas səbəb İsrail qoşunlarının bufer zonasından çıxarılması məsələsi ilə bağlı tərəflər arasında yaranan fikir ayrılığı olub. Bununla yanaşı, tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilməsələr də, dialoqun tamamilə dayandırılması barədə qərar qəbul edilməyib.

İsrail və Suriya arasında rabitə kanallarının açıq saxlanıldığı və danışıqların davam etdirilməsi imkanlarının qorunduğu qeyd olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: