sukufe 1

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın son durumu açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Xalq artistinin müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir.

Qeyd edilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, avqustun 21-də paytaxtın Səbail rayonu, “İçərişəhər” metrosu yaxınlığındakı piyada keçidində minik avtomobili tərəfindən vurulan Şükufə Yusupovaya ilkin olaraq çanaq sümüyü və qabırğa sınıqları diaqnozu qoyulub. Qəzadan dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən 72 yaşlı aktrisa, avqustun 24-də ailəsinin müraciəti ilə müalicəsini davam etdirmək üçün “Yeni Klinika”ya təxliyə edilib.

Paylaş: