q%C9%99za 1 1 900x498 1

Beyləqanda minik və yük avtomobilləri toqquşub.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: