l7mSbJ8welZLxfc2XFTOp5QCYKmQJldZOg7QPNV6 1200 1

Bərdədə baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində Bərdə rayonu Zümürxan kənd sakinləri; 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xudaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbi araşdırılır.

Paylaş: