Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermiş qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.
Bu barədə Globalinfo.az–a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib.
Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.
QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.
Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.