qeza123

Samuxda yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

İlkin məkumata görə, sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədilə idarəetməni itirib və VAZ 2107 markalı avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş: