6a7ed31c389116a7ed31c3891217866964766a7ed31c3890f6a7ed31c38910

Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs olunub. 

Globalinfo.az xəbər verir ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü – 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər DYP İdarəsindən bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

6a7ed31c287cf6a7ed31c287d017866964766a7ed31c287c16a7ed31c287c2

Paylaş: