Qahirədəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Bildirilib ki, hadisə hədiyyə mağazasında baş verib. Partlayışdan sonra yanğın baş verib, qonşuluqdakı bəzi mağazaların fasadları zədələnib. Qurumdan əlavə edilib ki, yanğın söndürülüb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.