Hərbi sahədə süni intellekt: ABŞ Rusiya və Çinlə əməkdaşlığa hazırdır

“ABŞ hərbi sahədə süni intellekt məsələsində Rusiya və Çinlə əməkdaşlığa hazırdır”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın süni intellektdən hərbi məqsədlər üçün istifadəsini tənzimləyən qaydaların hazırlanması ilə bağlı mövzuların müzakirəsində Rusiya və Çinin iştirakına münasibətdən danışarkən ABŞ dövlət katibinin müavini Bonni Cenkins deyib.

Cenkins qeyd edib ki, silahlı qüvvələrdə süni intellektin tətbiqi ilə bağlı məsələlər bütün ölkələr üçün vacibdir:

“Birləşmiş Ştatlar süni intellekt tətbiqi standartlarının hazırlanmasında digər ölkələrin də iştirakını istisna etmir və bu mövzuda müxtəlif dövlətlərin fikirlərini eşitmək istəyir”.

Bonni Cenkins

O, həmçinin Vaşinqtonun fikir ayrılığı təklifini təkzib edib, Moskva və Pekinlə dialoqun zəruriliyini vurğulayıb:

“Biz düşünürük ki, ölkələrin orduda süni intellektdən istifadəyə baxışları barədə düşünməli olduqları məsələlərdir. Ona görə də bu mərhələdə heç kimi istisna etmirik. Biz həqiqətən də digər ölkələrin bu barədə nə düşündüklərini görmək istəyirik”.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrində baş verən hadisələr süni intellektin orduda istifadəsi ilə bağlı risklərə işarə edib. Bu yaxınlarda sınaq zamanı süni intellektlə idarə olunan dron tapşırığı yerinə yetirmək üçün öz operatorunu “aradan qaldırmağa” qərar verdi. Bu hadisə süni intellektdən istifadənin təhlükəsizlik və etik aspektləri ilə bağlı müzakirələrə səbəb oldu.

Gülay

Globalinfo.az