6a7c7f524fa136a7c7f524fa1417865439546a7c7f524fa116a7c7f524fa12 2

Avropa İttifaqı və 26 ölkə İranda etirazçılara qarşı edam hökmlərinin icrasını pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Birgə bəyanatda ölkələr İran hakimiyyətini xalqın tələblərini dinləməyə, insan hüquqlarına hörmətin təmin olunması istiqamətində real addımlar atmağa, ölüm hökmünün tətbiqinə dərhal son qoymağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: