owl detail 620 3a68cf7e25fd1b4fc4559a5b6d6bd077

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı AN/TPQ-36 əks-batareya radarına zərbə endirib. Bu sistem artilleriya bölmələrinin “qulaqları” adlandırılır və o tamamilə məhv edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqdə məlumat yayıb.

Bildirilib ki, radar sistemi Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşun qruplaşmasının bölmələri tərəfindən vurulub.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ABŞ istehsalı radar sistemi ilə yanaşı, Ukrayna tərəfi 220-dən çox hərbçisini, 11 avtomobilini, dörd səhra artilleriya qurğusunu, o cümlədən ABŞ istehsalı 155 mm-lik M777 haubitsasını, həmçinin reaktiv yaylım atəş sistemini itirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: