“Ermənistan Respublikasının sərhədlərinin konturları necədir? Ölkəmizin ərazisi nə qədərdir?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Dövlət-hüquqi məsələlər komissiyasının sədrliyinə namizəd Arusyak Çulakyana müraciətində soruşub.
O qeyd edib ki, 1980-ci ildə nəşr olunan Sovet Ensiklopediyasında Ermənistan ərazisi 29 800 kvadrat kilometr göstərilib:
“1979-cu il ensiklopediyasında da eyni rəqəm yazılıb. 29 743 kvadrat kilometr rəqəmi nə vaxt dövriyyəyə buraxılıb? Maraqlıdır, 57 kvadrat kilometr nə vaxt, necə yoxa çıxıb?”
İqtidaryönlü deputat konkret tarix deyə bilməyəcəyini deyib:
“Müstəqil Ermənistanın dərsliklərində 29 743 kvadrat kilometr rəqəmi göstərilir. Güman edirəm ki, keçid həmin vaxt baş verib.”
Əliyar Xəlil
Globalinfo.az