İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın ölkədəki vəziyyətlə bağlı proqnozlarının yanlış olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, Vaşinqton süni intellektin hazırladığı hesablamalara və qeyri-dəqiq məlumatlara əsaslanaraq İran daxilində baş verə biləcək prosesləri düzgün qiymətləndirə bilməyib.
İran lideri qeyd edib ki, ABŞ və onun müttəfiqləri ölkədə aclıq, talan, sosial böhran və qeyri-sabitlik yaradılacağını düşünürdülər. Lakin Pezeşkian bu gözləntilərin reallaşmadığını və onların hesablamalarının uğursuzluğa düçar olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az